Xəbərlər
21 Aprel 2016
Standartlaşdırma, Mertologiya və Patent üzrə Dövlət Komitəsi tabeliyində olan, dövlət büdcəsindən maliyyyələşməyən təsərrüfat hesablı qurumlarda 70-ədək daimi vakant vəzifənin tutulması üçün keçirilmiş müsahibənin nəticələri
DAVAMINI OXU
28 Mart 2016
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qida laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında ən yaxşı nəticəni göstərib
DAVAMINI OXU
BÜTÜN XƏBƏRLƏR
Yaranma tarixi

Ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasət kursunun davam etdirilməsi sayəsində 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Tarixi baxımdan qısa bir zaman kəsiyində müxtəlif sahələrdə həyata keçirilən köklü islahatlar nəticəsində ölkəmiz son onillikdə nəinki böyük inkişaf yolu keçmiş, eyni zamanda qlobal maliyyə böhranının ən yüksək həddə çatdığı illərdə iqtisadiyyatın stabilliyini saxlamış, böyük uğurlar və nailiyyətlər əldə etmişdir.
Artıq Azərbaycanda həyata keçirilən sistem şəklində düşünülmüş və elmi əsaslara söykənən iqtisadi siyasət dünyada bir çox inkişaf edən ölkələr üçün müsbət təcrübə və yeni iqtisadi model kimi qəbul edilməlidir. Bundan irəli gələn və ölkə başçısı cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə hazırlanan və uğurla həyata keçirilən müxtəlif Dövlət Proqramlarında əksini tapan regionların sosial-iqtisadi inkişafı, zəngin təbii sərvətlərdən və müxtəlif resursların potensialından səmərəli istifadəsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarların fəaliyyətinə geniş şəraitin yaradılması və dəstək verilməsi istiqamətində görülən tədbirlər vacib və həlledici faktorlar kimi qəbul edilməkdədir.
Sənayeləşmə istiqamətində son illərdə qazanılmış uğurlar özünü həm iri sənaye müəssisələrinin yaradılmasında, eyni zamanda kiçik və orta sahibkarlığın inkişafında, sənaye məhsulu istehsalına görə Azərbaycanın regionda lider ölkəyə çevrilməsində təzahür etdirir. Ölkəmizdə başlıca prioritetlərdən olan sənayeləşmə siyasəti nəticəsində 2003-cü ildən bəri sənaye istehsalı 2,6 dəfə artmışdır.

Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yaradılması son illər Azərbaycan Respublikasında aparılan uğurlu iqtisadi-sosial yönümlü siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilməkdədir. Sənayenin inkişafına dövlət dəstəyi, sahibkarlara müasir tələblərə uyğun xidmətlərin göstərilməsi istiqamətində ölkə başçısının göstəriş və tapşırıqlarına uyğun olaraq, Azərbaycan Respublikasında sertifikatlaşdırma və metrologiya sahəsində işlərin, həmçinin məhsulların keyfiyyəti və təhlükəsizliyinin etibarlı qorunması üçün aparılan laborator sınaqların təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 15 aprel 2009-cu il 037 saylı əmri ilə "Tətbiq" Elm-İstehsalat Birliyi Təcrübə-Sınaq Mərkəzi (AzTEST) adı ilə yenidən təsis olundu. Bu təkcə təşkilatın adının dəyişikliyi deyil, iş və xidmətlərin müasir beynəlxalq tələblərə uyğun yeni forma və məzmunda göstərilməsi, peşəkar kadrlarla yüksək texnologiyanın vəhdətindən formalaşan keyfiyyətli nəticələrin əldə edilməsi istiqamətində atılmış addım idi.
AzTEST fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezdentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, Komitə Sədrinin Əmrlərini, eyni zamanda Mərkəzin Nizamnaməsini və struktur bölmələrin əsasnamələrini rəhbər tutaraq fəaliyyət göstərir.