Xəbərlər
21 Aprel 2016
Standartlaşdırma, Mertologiya və Patent üzrə Dövlət Komitəsi tabeliyində olan, dövlət büdcəsindən maliyyyələşməyən təsərrüfat hesablı qurumlarda 70-ədək daimi vakant vəzifənin tutulması üçün keçirilmiş müsahibənin nəticələri
DAVAMINI OXU
28 Mart 2016
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qida laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında ən yaxşı nəticəni göstərib
DAVAMINI OXU
BÜTÜN XƏBƏRLƏR
Sınaqların məqsədi

AzTEST müxtəlif dövlət və özəl sektorun sifarişləri əsasında müxtəlif növ məhsulların laborator müayinəsini (sınaqlarını) keçirərək müvafiq rəylər verir. Bu xidmət məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlara uyğunluğuna daim nəzarət imkanları yaratmaqla yanaşı, sahibkarlıq subyektlərinə istehsal və idxal olunan məhsullara uyğunluq sertifikatının verilməsi üçün təminat yaradır. Həmçinin istənilən fiziki və hüquqi şəxs istehsal və ya istehlak etdiyi məhsulların keyfiyyətinə əmin olmaq üçün AzTEST-in sınaq xidmətindən yararlana bilər.

Sınaqlar müasir avadanlıqlarda beynəlxalq sertifikatlarla təmin edilmiş personal tərəfindən aparılır. AzTEST-in sınaqlarının dəqiqliyinə beynəlxalq təşkilatlar tərəfindən də zəmanət verilmişdir. Belə ki, AzTEST qida məhsullarının sınağı laboratoriyası Böyük Britaniyanın nüfuzlu UKAS akkreditasiya qurumu tərəfindən akkreditasiya olunmuş FAPAS və LGC Standarts təşkilatlarının keçirdikləri beynəlxalq müqayisəli səriştəlilik sınaqlarında 50-yədək xarici ölkənin müvafiq laboratoriyası sırasında mikrobiologiya, fiziki-kimyəvi və toksik metallar üzrə sınaqların nəticəsinə görə ən düzgün nəticə hesab edilərək birinci yerə layiq görülmüşdür.

Həmçinin AzTEST qida laboratoriyasında aparılan sınaqların İSO/İEC 17025:2005 beynəlxalq standartı əsasında həyata keçirildiyi Almaniya Akkreditasiya Qurumu (DAkkS) tərəfindən təsdiq edilmiş və 2012-ci ilin dekabr ayında akkreditasiya olunmuşdur.