Xəbərlər
21 Aprel 2016
Standartlaşdırma, Mertologiya və Patent üzrə Dövlət Komitəsi tabeliyində olan, dövlət büdcəsindən maliyyyələşməyən təsərrüfat hesablı qurumlarda 70-ədək daimi vakant vəzifənin tutulması üçün keçirilmiş müsahibənin nəticələri
DAVAMINI OXU
28 Mart 2016
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qida laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında ən yaxşı nəticəni göstərib
DAVAMINI OXU
BÜTÜN XƏBƏRLƏR
Kalibrlənmə nədir

Ölçmə vasitələrinin yoxlanması

  1. Ölçmə vasitələrinin yoxlanması - ölçmə vasitələrinin metroloji tələblərə uyğunluğunun təyin və təsdiq edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusudur.
  2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri  yoxlamadan keçirilir. Ölçmələıin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmə vasitələrindən istifadə edən şəxslər onları yoxlama dövriliyinə uyğun olaraq yoxlamaya təqdim edirlər.
  3. Ölçmə vasitələrinin yoxlanılması səlahiyyəti hüquqi şəxslərə, hüquqi şəxslərin metroloji xidmətlərinə və fiziki şəxslərə Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra-Komitə) tərəfindən verilir.
  4. Ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə Komitə nəzarət edir.
  5. Ölçmə vasitələrinin yoxlanması Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlayıcı qismində attestasiya olunmuş fiziki şəxslər tərəfindən həyata keçirilir.
  6. Yoxlamanın nəticəsində, ölçmə vasitəsinin istifadəyə yararlılığı və ya yararsızlığı təsdiq edilir.

   Əgər ölçmə vasitəsi yoxlamanın nəticəsinə əsasən yararlı sayılırsa, onun üzərinə və ya texniki sənədlərinə yoxlama nişanı vurulur və          "Yoxlama haqqında şəhadətnamə" təqdim olunur.

  Əgər yoxlamanın nəticəsinə əsasən ölçmə vasitəsi istifadəyə yararsız sayılırsa, yoxlama nişanı və ya,"Yoxlama haqqında şəhadətnamə"       ləğv olunur və "Yararsızlıq haqqında bildiriş" verilir və ya texniki sənədlərdə müvafiq qeydlər aparılır.