Xəbərlər
21 Aprel 2016
Standartlaşdırma, Mertologiya və Patent üzrə Dövlət Komitəsi tabeliyində olan, dövlət büdcəsindən maliyyyələşməyən təsərrüfat hesablı qurumlarda 70-ədək daimi vakant vəzifənin tutulması üçün keçirilmiş müsahibənin nəticələri
DAVAMINI OXU
28 Mart 2016
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qida laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında ən yaxşı nəticəni göstərib
DAVAMINI OXU
BÜTÜN XƏBƏRLƏR
Sertifikatlaşdırma nədir

Təcrübə-Sınaq Mərkəzi(АzTEST) öz strukturuna daxil olan, Milli akkreditasiya sistemində “İstehsal mallarının sertifikatlaşdırılması üzrə orqan” kimi akkreditasiya olunmuş Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Xaçmaz, Salyan və Sabirabad Ərazi Sınaq və Sertifikatlaşdırma şöbələrinin vasitəsilə sertifikatlaşdırılma ilə əlaqədar işlər görməklə respublikada istehsal olunan, idxal və ixrac edilən yeyinti, kənd təsərrüfatı, yüngül sənaye, neft- neft məhsulları və s. məhsulların sertifikatlaşdırılmasını həyata keçirir.
Eyni zamanda Mərkəz Milli akkreditasiya sistemində akkreditasiya olunmuş Sertifikatlaşdırma şöbəsi vasitəsilə  Bakı şəhəri ərazisində - idxal olunan tikinti materialları və tikinti məmulatlarının sertifikatlaşdırılmasını həyata keçirir. Şöbənin  əsas fəaliyyət istiqaməti də məhz respublikaya idxal olunan həmin materialların sertifikatlaşdırılması ilə əlaqədar işlər görmək və müvafiq uyğunluq sertifikatının verilməsidir.
Sertifikatlaşdırma - məhsulun, prosesin və ya xidmətin verilmiş tələblərə uyğunluğunu üçüncü tərəfin yazılı şəkildə təsdiqlədiyi proseduradır.
Sertifikatlaşdırmanın əsas məqsədi - əhalinin həyatı, sağlamlığı, əmlak və ətraf mühit üçün təhlükəli olan məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısını almaq, istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməkliyin göstərilməsi, sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaqdır.
Məhsulların (xidmətlərin, işlərin) sertifikatlaşdırılması iki istiqamətdə məcburilik və könüllülük əsasında aparıla bilər. Məcburi sertifikatlaşdırma xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulun (proseslərin, xidmətlərin) normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqi, könüllü sertifikatlaşdırma isə istehsalçının (icraçının, satıcının, tədarükçünün), məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə könüllük əsasında həyata keçirilən sertifikatlaşdırmadır.
Sertifikatlaşdırma ilə əlaqədar işlərin həyata keçirilməsi AZS Milli Sertifikatlaşdırma Sisteminin RS - 003-93 «Oxşar məhsulların sertifikatlaşdırma sistemi»ndə müəyyən edilmiş tələblərə, həmin sistemin 5-ci əlavəsində müəyyən edilmiş sertifikatlaşdırma sxemlərinə, həmçinin beynəlxalq normalara müvafiq olaraq həyata keçirilir. Belə ki, konkret məhsula (xidmətə) «uyğunluq sertifikatı»nın verilməsi sertifikatlaşdırma sxemlərində müəyyən edilmiş qaydada yəni, məhsulların sınaqlarının müsbət nəticələrinə, istehsalatın və ya keyfiyyət sisteminin sertifikatlaşdırılmasına əsaslanaraq:

- sınaqları aparılmış nümunəyə və ya təcrübə sınaq partiyasına (1-ci, 11-ci və 12-ci sxemlər üzrə);
- ticarətdən götürülmüş nümunələrin sınağı əsasında (2-ci sxem üzrə);
- istehsal müəssisəsindən götürülmüş nümunələrin sınağına əsaslanaraq (3-cü sxem üzrə);
- həm ticarətdən, həm də istehsal müəssisəsindən götürülmüş nümunələrin sınaqları əsasında      (4-ci sxem üzrə);
- istehsalatın sertifikatlaşdırılması və nümunələrin sınağı əsasında (5-ci, 6-cı 7-ci sxemlər üzrə);
- beynəlxalq keyfiyyət sisteminin - 9000 seriyalı - tətbiq edilməsi əsasında (8-ci, 9-cu və 10-cu sxemlər üzrə) verilir. 

«Uyğunluq sertifikatı» - verilən məhsulun, prosesin və yaxud xidmətin konkret standartın və ya digər normativ sənədin tələblərinə uyğunluğuna zəruri əminliyin təminatını göstərən sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilmiş sənəddir.
Verilən sertifikatların müddəti sertifikatlaşdırma sxemlərinə və məhsulun mahiyyətinə uyğun olaraq müəyyən edilir.
İstehsalatın və ya keyfiyyət sisteminin sertifikatlaşdırılması əsasında verilən sertifikat məhsulun keyfiyyətliliyinə əminliyin ən yüksək formasıdır.
ASZ Milli sertifikalaşdırma sistemi İSO-BEK sənədlərinə, beynəlxalq İSO9000 seriyalı standartlarda və standartlaşmanın əsasını təşkil edən hökümətlərarası sənədlərə istinad edərək mövcud olan beynəlxalq norma və qaydalar əsasında qurulur.